Amerika tərəfinin təşəbbüsü ilə Belarusun Xarici İşlər naziri Vladimir Makeylə ABŞ-ın Dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin arasında telefon danışığı olub. Bu barədə “BelTA”ya Belarus XİN-in Mətbuat Xidmətindən məlumat verilib.
“Həmsöhbətlər Belarusdakı seçkisonrakı vəziyyəti müzakirə ediblər, həmçinin gələcək ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - Belarus nazirliyində qeyd ediblər.
XİN-in Mətbuat Xidmətinin məlumatına görə, Vladimir Makey Belarus Respublikasının suverenliyini və müstəqilliyini daim dəstəklədiyinə görə Amerika tərəfinə təşəkkürünü bildirib.