İyul ayında Yaponiyanın ixracatı aylıq 19,2 faiz aşağı düşüb.
İyul ayında Yaponiyanın ixracatı kəskin şəkildə azalmağa davam edib. Çinə daşınmaların yaxşılaşmasına baxmayaraq, koronavirusun sürətlə yayıldığı Avropa və digər ölkələrə daşımaların azalmasını yumşaltdığı üçün son dörd ayda ən aşağı həddə azaldı.
Yaponiya Maliyyə Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, ixracat bir əvvəlki ilə nisbətən 19,2 faiz azalıb. Bloomberg-də aparılan sorğuda iştirak edən iqtisadçılar 20.9 faiz azalma gözlədiklərini qeyd ediblər.
Digər bir hesabat, maşın sifarişlərinin iyul ayında bir əvvəlki aya görə 7.6 faiz azaldığını göstərib.
Bloomberg iqtisadçıları, ixracatın üçüncü rübdə bərpa olunacağını gözlədiklərini, idxal isə təxminən eyni səviyyədə qalacağını ifadə ediblər.
Müəllif:Aynur Qəniyeva