ABŞ rəhbərliyi Çin texnoloji şirkəti Huawei-in Amerika texnologiya bazarına girişini maneə olmağa yönəlmiş məhdudiyyətləri artırdı və şirkətin 38 törəmə şirkətini qara siyahıya aldı.
ABŞ Ticarət Nazirliyinin verdiyi açıqlamada, May ayında tətbiq edilən məhdudiyyətlərin, ABŞ texnologiyasından istifadə edərək, Huawei-nin yarımkeçirici çip alışının qarşısını almağa yönəldildiyi bildirilib.
Huawei-in 21 ölkədəki 38 filialının iqtisadi baxımdan qara siyahıya alındığını ifadə edən açıqlamada şirkətin və onun filiallarının ixrac nəzarəti altına alınan məhsullarla əlaqəli əməliyyatlar üçün lisenziya tələb olunduğu qeyd edilib.
Açıqlamada, məhdudiyyətlərin Huawei-in Amerika texnologiyasından istifadə edərək hazırlanmış elektron hissələri əldə etmək üçün ABŞ ixrac nəzarətini aşma cəhdlərinin qarşısını aldığı ifadə edilib.
Nazirliyin açıqlamasında bildirilib ki, qeyd olunan tənzimləmə ilə Huawei-in ABŞ proqram və texnologiyası ilə hazırlanmış çip tədarükü daha da məhdudlaşdırılıb.
- "Müttəfiqlərimizi bizə qoşulmağa dəvət edirik"
"Huawei və onun filialları Amerika texnologiyasından yararlanmaq üçün ölkənin milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına xələl gətirən şəkildə çalışıblar, çünki ABŞ texnologiya bazarına girişi məhdudlaşdırırıq" deyə ABŞ-ın Ticarət Katibi Wilbur Ross bəyan edib.
ABŞ Dövlət Katibi Mayk Pompeo mövzu ilə əlaqədar verdiyi açıqlamada Huawei’ni Çin Kommunist Partiyasının bir qolu olaraq gördüklərini və buna görə hərəkət etdiklərini bildirib.
"ABŞ Huawei-yə ölkənin milli təhlükəsizliyini və beynəlxalq sabitliyini təhdid edən fəaliyyətlərə görə məhdudlaşdırmağa davam edəcək. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızı bizə qoşulmağa dəvət edirik" deyə qeyd edib Pompeo
ABŞ Ticarət Nazirliyi, 2019-cu ilin mayında Çin texnoloji şirkəti Huawei-ni qara siyahıya salmışdı. Bu yaxınlarda əlavə edilən şirkətlərlə birlikdə qara siyahıya alınan Huawei ortaq şirkətlərinin ümumi sayı 152-yə çatıb.
Müəllif:Aynur Qəniyeva