DÜNYA

18 Avqust

Keçmiş agent Snouden çıxışlardan və  memuarlarından 1,2 mln dollar qazanıb

Qərb KİV-ləri ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, keçmiş Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşı Edvard Snouden ABŞ-ın kəşfiyyat proqramları barədə məlumatları dünyada yayımladığı və Rusiyada məskunlaşdığı üçün 1,2 milyon dollar qazanıb.

Qeyd olunur ki, əldə olunan məbləğin bir hissəsi Snoudenin müxtəlif ticarət şirkətləri və Amerika universitetləri üçün onlayn nümayişləri üçün ödənişdir. Bundan əlavə, CIA-nin keçmiş zabiti 2019-cu ilin sentyabr ayında Permanent Record ("Şəxsi sənəd") adlı memuarlarını satışa  buraxıb.

Snoudenin 2013-cü ildə verdiyi açıqlamalar, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Almaniyanın kansleri Angela Merkel də daxil olmaqla 35 dövlət başçısını dinlədiyi ortaya çıxdıqda diplomatik qalmaqala səbəb olub.

Vətənində Snouden casusluqda və dövlət əmlakını oğurlamaqda ittiham olunurdu. ABŞ-dan Hong Konga qaçan Snouden daha sonra isə müvəqqəti sığınacaq aldığı Rusiyaya qaçdı. Snoudenə yaşayış icazəsi də verilib.

Müəllif:Aynur Qəniyeva