ABŞ Çinin texnologiya şirkəti Huawei-in Amerika texnologiyasına girişini məhdudlaşdırır,
Bunu Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bazar ertəsi günü verdiyi açıqlamada deyib
O Mayk Pompeo Twitter-də yayımlanan fikirlərində bildirib ki,bu gün biz Huawei-yə və Çin Kommunist Partiyasına (CCP) birbaşa zərbə vurduq, Huawei-in Amerika texnologiyasını əldə etmək imkanlarını daha da məhdudlaşdırdıq
O qeyd etdi ki, ABŞ Huawei-nin "dünya şəbəkələrinin bütövlüyünə və amerikalıların şəxsi məlumatlarına güzəştə getmək" imkanlarını azaldıb. "Çin Kommunist Partiyası vətəndaşlarımızın məxfiliyinə, müəssisələrimizin əqli mülkiyyətinə və ya dünyadakı yeni nəsil şəbəkələrin bütövlüyünə xələl gətirmə cəhdlərinə dözməyəcəyik" deyib Pompeo.
Dövlət Departamenti, Ticarət Departamentinin, ABŞ-ın müəyyən məxfi texnologiyalarını almağı qadağan edilmiş xarici vətəndaşlar siyahısına 38 Huawei ilə əlaqəli şəxsi əlavə etdiyini də bildirib.
Müəllif:Aynur Qəniyeva