ABŞ və Çin arasında baş tutacağı gözlənilən görüşün qeyri-müəyyən müddətə təxirə salındığı bildirildi.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, birinci mərhələ ticarət razılaşmasına baxılması planlaşdırılan və avqustun 15-də telekonferans vasitəsilə keçiriləcəyi gözlənilən görüşü ABŞ və Çin təxirə salıb.
Görüşün ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer, ABŞ Maliyyə Katibi Steven Mnuchin və Çin Baş nazirinin müavini Liu He arasında olacağı gözlənilir.
ABŞ Ticarət Agentliyi məsələyə münasibət bildirməyib.
Vaşinqton və Pekin arasındakı danışıqlar heç vaxt rəsmi təqvimə söykənmirdi, lakin Cənubi Çin Morningn Post, cümə günü görüşün şənbə günü olacağını bildirdi.
ABŞ Prezidenti Donald Trump-ın böyük iqtisadi məsləhətçisi Larry Kudlow, həftənin əvvəlində şərhlərini səsləndirərək, ticarət danışıqlarının çox yaxşı getdiyini və iki ölkə arasındakı artan gərginliyin ticarət razılaşmasına təhlükə yarada biləcəyi ilə bağlı narahatlığı aradan qaldıraraq görüş haqqında bir telefon danışığının baş tutacağını bildirib.