Fevralın 5-də İngiltərə şirkətinin baş direktoru vəzifəsindən istefa verən BP-nin keçmiş rəhbəri Robert Dadley indi BP Russian Investments Limited-də işləyir. Bu şirkət sayəsində BP Rosneft Oil Company-də (19,75%) paya sahibdir.
Rusiya şirkətinin hesabatına görə, 2020-ci ilin ikinci rübündə, BP-dən ayrıldıqdan sonra Rosneft-in direktorlar şurasında yerini saxlayan Dudley, Rusiyadakı törəmə şirkətində məsləhətçi olub.
Xəbər verildiyi kimi Bernard Looney Dadlinin yerinə BP-nin baş icraçı direktoru olub. BP rəhbərliyindəki dəyişiklik, karbohidrogenlərdən aşağı karbonlu enerjiyə keçid üçün uyğunlaşmaq istədiklərini görmək istəyən investorların neft və qaz şirkətlərinə artan təzyiqləri fonunda baş verir. BP, bərpa olunan enerji mənbələrinə (RES) investisiya qoyuluşu baxımından Avropanın ən böyük neft şirkətlərindən geri qalır.
Avqustun əvvəlində BP yeni bir strategiyanın bir hissəsi olaraq 2030-cu ilədək karbohidrogen hasilatını 40% azaldacağını və aşağı karbonlu sərmayələri 10 dəfə artıraraq ildə 5 milyard dollara çatdıracağını bildirdi. Yeni strategiya şirkət tərəfindən 2050-ci ilə qədər sıfır tullantıları olan bir şirkət olmaq məqsədinə çatmaq üçün həyata keçirilmişdir.
Dadli, 2020-ci ilin sentyabrında 65 yaşına çatır. 9 il BP-yə rəhbərlik etmiş və bundan əvvəl 2013-cü ildə Rosneft-ə satılan ən böyük özəl Rusiya-İngiltərə şirkətlərindən biri olan TNK-BP-yə rəhbərlik edib.
Müəllif:Aynur Qəniyeva