DÜNYA

14 Avqust

Apple və digər 10 böyük ABŞ şirkəti Trump-ın WeChat fərmanından narahatdır

Apple, Disney və Walmart da daxil olmaqla 10-dan çox böyük Amerika şirkəti ABŞ prezidenti Donald Trump-ın WeChat sosial şəbəkəsi ilə bağlı verdiyi fərmanla əlaqədar narahatlıqlarını Ağ Evə bildiriblər.Fins.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Wall Street Journal" məlumat yayıb.
Çərşənbə axşamı Trump adminstrasiyası ilə danışan şirkətlər arasında Ford Motor, Procter Gamble, Intel, Goldman Sachs, Morgan Stanley, UPS, Merck, Cargill və MetLife var. Qəzetin qeyd etdiyi kimi, iclas zamanı korporasiyalardan WeChat ilə aparılan əməliyyatlara qoyulan yeni qadağa altında hansı əməliyyatların həyata keçirilfiyini dəqiqləşdirmələri istənib və bu fərmanın Çindəki mövqelərinə xələl gətirə biləcəyi barədə səlahiyyətlilərə xəbərdarlıq edilib.

"Çində yaşamayanlar, Amerika şirkətlərinə bu sosial şəbəkədən istifadəsi qadağan edilsə, nəticələrin nə qədər ağır olacağını başa düşmürlər" deyib ABŞ-Çin İş Şurasının prezidenti Kreyq Allen. Onun sözlərinə görə, "bu vəziyyətdə firmaların mövqeyi son dərəcə əlverişsiz olacaq."

Öz növbəsində, açıqlanmayan Ağ Evin sözçüsü qəzetə bildirib ki, Vaşinqton rəhbərliyi "Amerika xalqını sağlamlıq, iqtisadiyyat və milli təhlükəsizlik üçün kiber təhdidlərdən qorumağa sadiqdir".

Müəllif:Aynur Qəniyeva