ABŞ İrana qarşı silah embarqosunun tətbiq edilməsi ilə bağlı qanun layihəsinə dəyişiklik edib.
Dəyişikliyə əsasən, iranlı diplomatlara sanksiyanı nəzərdə tutan maddə ləğv edilib.
Bundan başqa, İranın 2019-cu ilin sentyabrnda Səudiyyə Ərəbistanına, həmin ilin dekabrında ABŞ-ın İraqdakı hərbi baza və səfirliklərinə edilən hava hücumlarına görə ittiham olunmasını nəzərdə tutan maddələr layihədən də çıxarılıb.
Məsələ ilə bağlı açıqlama verən ABŞ-ın BMT TŞ-dəki daimi nümayəndəsi Kelli Kraft deyib ki, yeni qanunda məqsəd İranın sərbəst şəkildə silah alğı-satqısının qarşısını almaqdır.