ABŞ və Çin yeddi ay sonra bir araya gələcəklər.
Fins.az xəbər verir ki,yaxın günlərdə ABŞ və Çin danışıqlarının birinci mərhələsi ticarət razılaşmasının həyata keçirilməsinin detalları müzakirə ediləcək. Bloomberg-dəki xəbərlərdə Pekinin yaxın zamanlarda Çin şirkətlərini hədəf alan tətbiqlərlə əlaqədar TikTok və WeChat məsələlərini gündəmə gətirəcəyi bildirilib.
Bloomberg-in mövzuya yaxın mənbələrə söykənərək verdiyi məlumata görə, virtual görüşün bu həftə yüksək ehtimalla keçiriləcəyi bildirilsə də, dəqiq gün hələlik bəlli deyil.
Müzakirə ediləcək kənd təsərrüfatı məhsulu satınalmaları və dollar / yuan pariteti ilə yanaşı Çin hakimiyyəti, ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik səbəbiylə irəli sürdüyü qadağan qərarlarını da müzakirə edəcəyi ifadə edildi.
Mənbələr Çinin bu danışıqlarda nəyi hədəf aldığı barədə məlumat verməyib.
Müəllif:Aynur Qəniyeva