DÜNYA

11 Avqust

Trump Çinin konqresmenlərə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməkdə heç bir məna görmür

ABŞ prezidenti Donald Trump hesab edir ki, Çinin bir sıra Amerika rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməyin mənası yoxdur.

"Artıq biz müxtəlif yollarla cavab verdik" dedi.

Bundan əvvəl Pekində bir sıra Amerika rəsmilərinə, o cümlədən bir neçə konqresmenə qarşı sanksiya tətbiq etmək qərarına gəldikləri bildirildi. Bu, ÇXR-in Hong Kong hadisələri ilə əlaqədar ABŞ-ın sanksiyalarına cavabı idi.

Müəllif:Aynur Qəniyeva