Litvanın xarici işlər naziri Linas Linkevichus, Belarus prezidentliyinə namizəd Svetlana Tikhanovskayanın Litvaya yola düşdüyünü bildirib
"Svetlana Tikhanovskaya təhlükəsizdir, o Litvadadır" deyə çərşənbə axşamı tweet edib.
Bu arada, Tixanovskaya, Belarusiyadan ayrılmaq fikrində olmadığını bildirdi. "Mən həbs olunmağım üçün heç bir səbəb görmürəm və ölkəni tərk etmək fikrində deyiləm" deyib
O, həmçinin bildirdi ki, onun təşviqat qərargahı səsvermə zamanı çoxsaylı saxtakarlıqları sübut edəcək və səsvermənin rəsmi nəticələri ilə bağlı MSK-ya şikayət edəcək.
Avqustun 9-da Belarusiyada prezident seçkiləri keçirildi. Respublika MSK-nın ilkin məlumatına görə, hazırkı prezident Aleksandr Lukashenko 80,08%, Tixanovskaya 10,9% səs toplayıb.
Minskdə və Belarusiyanın digər şəhərlərində bu cür nəticələrlə razılaşmayanlara qarşı icazəsiz etiraz aksiyaları keçirildi və etirazçılar gecə saatlarına qədər davam edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşdu. Avqustun 10-da Belarusiya İstintaq Komitəsi iğtişaşlar və polisə qarşı zorakılıq faktları ilə cinayət işi açıb.
Müəllif:Aynur Qəniyeva