DÜNYA

10 Avqust

Çin 11 ABŞ rəsmisinə sanksiya tətbiq etdi

Çin ABŞ-ın 11 rəsmisinə sanksiya tətbiq edib.

Bununla rəsmi Pekin ABŞ Maliyyə Nazirliyinin Çin və Honkonq rəsmilərinə qarşı tətbiq edilən məhdudiyyətlərə cavab verib.

“Sadalanan sanksiyalar bu gündən etibarən qüvvəyə minir və ABŞ-ın 11 rəsmisinə şamil olunur”, – Çin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bir müddət öncə Vaşinqton Çin Kommunist Partiyasının rəsmilərinə Honkonqun muxtariyyətini və insan hüquqlarını pozduğuna görə sanksiya tətbiq edib.