Kanada Baş nazirinin müavini Freeland, ABŞ-ın Kanadadan gətirilən alüminiuma 10 faiz tarif tətbiq etməsi qərarından sonra ABŞ-ın 2.7 milyard dollar dəyərində alüminium məhsullarına yeni bir tarif tətbiq ediləcəyini açıqlayıb.
Kanada Baş nazirinin müavini Chrystia Freeland mətbuat konfransında ABŞ-ın Kanadadan gətirilən alüminiuma 10 faiz tarif tətbiq etməsi qərarına "tez və sərt" cavab veriləcəyini bildirib.
Kanadanın Amerika məhsullarına 2,7 milyard dollar dəyərində yeni gömrük rüsumu tətbiq edəcəyini bildirən Freeland, ABŞ-ın müvafiq qərarına cavab kimi tətbiq ediləcək gömrük rüsumlarının sentyabrın 16-dək qüvvəyə minəcəyini deyib.
ABŞ qərarının "qəbuledilməz olduğunu" vurğulayan Freeland, "Qlobal bir epidemiya ilə qarşılaşdığımız bir dövrdə ticarət mübahisəsi lazım olan ən son şeydir. Bu, yalnız hər iki tərəfin iqtisadi yaxşılaşmasına zərər verəcək. Ancaq ABŞ rəhbərliyi bunu seçib." -deyə vəziyyəti qiymətləndirib.
ABŞ prezidenti Donald Trump dünən Kanadadan gətirilən alüminiuma 10 faiz tarif tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.
Müəllif:Aynur Qəniyeva