Fins.az ABŞ-ın CNBC telekanalına istinadən verdiyi məlumata görə, Microsoft Pekində yerləşən ByteDance şirkəti ilə 10 milyard dollardan 30 milyard dollar arasında dəyişən müqavilənin qiymətini müzakirə etmək üçün TikTok tətbiqinia almaq üçün danışıqlar aparır.
Sövdələşmə davam edərsə, ByteDance bir il ərzində proqramlaşdırma kodlarını Microsoft-a təhvil verməli olacaq.
Çin mütəxəssislərinin fikrincə, şirkətlər arasında danışıqlar üç həftə ərzində başa çatdırıla bilər.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə bildirmişdi ki, ABŞ-dakı TikTok tətbiqetməsi 15 sentyabr tarixinə qədər Amerika şirkətinə satılmasa dayandırılacaq.
Müəllif:Aynur Qəniyeva