DÜNYA

06 Avqust

Facebook Trampın paylaşdığı videonu silib-SƏBƏB

Facebook, ABŞ prezidenti Donald Trumpın rəsmi səhifəsində paylaşılan bir videonu silib.
Facebook sosial media platforması, ABŞ prezidenti Donald Trumpın rəsmi səhifəsində yeni bir  koronavirus (Kovid-19) ilə bağlı "saxta iddialar" olduğu səbəbiylə paylaşılan bir videonu çıxarıb.

Trump ilə sosial media platformaları, xüsusən Twitter arasında "paylaşma" gərginliyi bu dəfə Facebook-da yaşanıb.

Facebook, Trumpın platformadakı rəsmi səhifəsindən paylaşılan Kovid-19 ilə əlaqəli bir videonu silib.

Facebook səlahiyyətliləri mövzu ilə əlaqədar AA müxbirinə bir şərh etdi, "Bu videoda bir qrup insanın Kovid-19'ya qarşı immuniteti olduğu haqqında yalan iddialar var. Bu, Kovid-19 dezinformasiyasının qarşısını almaq üçün siyasətimizin pozulmasıdır." ifadəsini istifadə etdi.