DÜNYA

06 Avqust

İranın Xarici İşlər Naziri Google-u \"başsağlığı\" sözünü \"təbrik edirəm\" kimi tərcümə etməkdə GÜNAHLANDIRIB

İranın xarici işlər naziri Cavad Zərif Google-un fars dilindən ərəb və ingilis dillərinə avtomatik tərcüməsinin çatışmazlıqlarına diqqəti cəlb edib

"Farsdilli insanlar Livana ərəb və ya ingilis dilində başsağlığı vermək istədikdə, Google onu (başsağlığı sözü) təbrik olaraq tərcümə edir" deyə Zarif çərşənbə günü tweet yazıb.

"Eyni zamanda, kimsə İsrail və ya ABŞ-a başsağlığı vermək istədikdə, belə" texniki qüsurlar "baş vermir" deyib.

"Google hansı nəticələr verir?" - Zərif soruşur.

Müəllif:Aynur Qəniyeva