DÜNYA

06 Avqust

Johnson & Johnson ABŞ höküməti ilə koronavirus vaksini satmaq üçün 1 milyard dollarlıq müqavilə imzalayıb

Dünyanın ən böyük tibbi məhsul istehsalçısı Amerikan Johnson Johnson, ABŞ hökumətinə koronavirus peyvəndi satmaq üçün milyardlarla dollarlıq müqavilələr bağlayan şirkətlər siyahısına qatılıb.

Şirkət, Qida və Dərman İdarəsi (FDA) dərmanı təsdiqlədiyi təqdirdə, ABŞ-ı 100 milyon dozada təcrübi COVID-19 peyvəndi ilə təmin etmək üçün "1 milyard dollardan çox" müqavilə bağladığını bəyan edib.

Digər şirkətlərdən fərqli olaraq Johnson Johnson sazişin şərtlərinə uyğun olaraq ABŞ səlahiyyətlilərindən alacağı pulun dəqiq miqdarını açıqlamayıb, lakin görünür, peyvəndinin qiymətini hər doza üçün 10 dollar səviyyəsində qiymətləndirir, deyə Barrons yazır.

Bundan əvvəl avropalı dərman istehsalçıları Sanofi və GlaxoSmithKline ABŞ hökumətinə 100 milyon doza koronavirus peyvəndi  ilə təmin etmək üçün 2,1 milyard dollarlıq bir razılaşma elan etmişdilər. 1,95 milyard dollar dəyərində oxşar bir müqavilə Pfizer Inc t və BioNTech tərəfindən bağlanılıb.

Johnson Johnson, hal-hazırda, iyul ayının sonlarında başlayan peyvəndi ilə bağlı ilk insan sınaqlarını keçirir.

Çərşənbə günü ticarət zamanı Johnson Johnson şirkətinin səhmləri 0,6% bahalaşıb.

Müəllif:Aynur Qəniyeva