DÜNYA

04 Avqust

Google təhlükəsizlik sistemləri istehsalçısı ADT-in  450 milyon dollarlıq səhmini alır

Amerikanın Alphabet Inc. şirkətinin sahibi olduğu Google, təhlükəsizlik sistemləri istehsalçısı ADT Inc-də 450 mln dollarlıq yəni 6.6% pay alır. 

ADT-dən verilən bir press-relizə görə, Google, B sinfinin səhmlərini alacaq və direktorların seçilməsi, təyin edilməsi və vəzifədən alınması ilə bağlı səs vermək hüququ istisna olmaqla, adi səhmdarlarla eyni hüquqlara sahib olacaq.

Şirkətlər, Google-ın Nest markalı məhsulları və ADT təhlükəsizlik sistemləri əsasında ağıllı ev texnologiyalarını birlikdə inkişaf etdirmək niyyətindədirlər.

ADT, bu il bəzi Google cihazlarını müştərilərinə təqdim etməyə başlamağı və 2021-ci ildə inteqrasiyanı genişləndirməyə davam edəcəyini gözləyir.

Razılaşmanın bağlanması bu ilin üçüncü rübündə planlaşdırılıb.

Bazar ertəsi günü ADT 57.1% qazanıb ,Alphabet 0.9% itirib.

Müəllif:Aynur Qəniyeva