DÜNYA

03 Avqust

Biznes gözləntiləri və qiymətlər artıb

İsveçrədə biznes gözləntiləri proqnozlaşdırılandan daha zəif artıb, deflyasiya isə daha sürətlə azalıb,
İsveçrənin statistika idarəsinin bazar ertəsi yayımladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi iyul ayında illik müqayisədə 0.9% azalıb. May və iyun aylarında bu göstərici 1.3%-ə yüksəldikdən sonra son ayda 1.1%-ə düşməsi proqnozlaşdırılırdı.

Bununla yanaşı, "Procure" araşdırma mərkəzinin açıqladığı göstəricilərə əsasən, ölkədə biznes aktivliyini ölçən indeks iyul aylnda 49.2 punkta yüksəlib. İyun ayında göstərici 41.9 punkt idi və iyul ayında 51 punkta yüksəlməsi ehtimal edilirdi. 

Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%). 

Qeyd etmək lazımdır ki, deflyasiyanın proqnozlaşdırılandan daha sürətlə azalması, inflyasiyanın yaranacağına işarədir və hökümətlər iqtisadiyyatların dayanıqlı inkişafı üçün 2%-lik inflyasiya hədəfləyirlər.