DÜNYA

02 Avqust

ABŞ neft qazma qurğularının sayını azaldıb

ABŞ neft sənayesinin və xam neft hasilatının göstəricisi olan neft qazma qurğularının sayını azaldıb.

Bu barədə "Bloomberg" məlumat yayımlayıb.
Məlumata görə, ABŞ-ın neft qazma qurğularının sayı ötən həftə ilə müqayisədə 1 ədəd azalaraq, 180 ədəd olub.

Həmçinin o da qeyd edilib ki, 18 həftəlik azalmadan sonra ilk dəfə 2 həftə əvvəl ABŞ neft qazma qurğularının sayını 1 ədəd artırmışdı.