DÜNYA

01 Avqust

Putindən kriptovalyuta ilə bağlı qərar

Rusiya Prezidenti Vladimir Putin “rəqəmsal maliyyə aktivləri” və “rəqəmsal valyuta” anlayışlarını müəyyən edən qanun imzalayıb.

Bu barədə Rusiya rəsmi hüquq portalında məlumat verilib.

Qanunda həmçinin ölkə ərazisində mal və xidmətlərin ödənişində kriptovalyutadan istifadənin qadağan edilməsi də nəzərdə tutulub.