DÜNYA

01 Avqust

ABŞ-ın \"Chevron\" neft şirkəti II rübü zərərlə bitirib

ABŞ-ın “Chevron” neft şirkətinin 2020-ci ilin II rübündə xalis zərəri 8,27 mlrd. dollar təşkil edib.

Fins.az şirkətə istinadən verdiyi məlumata görə, ötən ilin eyni rübündə şirkətin xalis mənfəəti 4,31 mlrd. dollara bərabər olub. Gəlilrlikdə belə bir geriləməyə “Chevron”un hesabat dövründə COVID-19 pandemiyası ilə əlaqədar artan xərcləri səbəb olub. Şirkətin neft bazarında azalan tələb fonunda 5,2 mlrd. dollar həcmində əlavə xərcləri əmələ gəlib.

“Chevron”un bu ilin II rübündə ümumi istehsalı da 3% azalaraq neft ekvivalentində gündəlik 2,99 mln. barelə enib.

Qeyd edək ki, bu yaxınlarda  “Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 mlrd. dollara satdığını elan edib.