DÜNYA

31 İyul

ABŞ: Böhran proqnozlaşdırılandan zəif dərinləşib - 33%

Fins.az xəbər verir ki, Amerika iqtisadiyyatı ikinci rübdə də azalmaqda davam etsə də proqnozlaşdırılandan yaxşı dərc edilib. Amerikanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ikinci rüb ərzində istehsal edilən mal və xidmətlərin dəyəri (üdm) birinci rüb ilə müqayisədə 32.9% azalıb. İqtisadiyyat birinci rübdə 5% daralmışdı və ikinci rübdə göstəricinin 34.1%-ə çatacağı proqnozlaşdırılırdı. 

ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür və ölkənin inkişaf sürətini göstərir. Burada geriləmə ölkə valyutasına olan tələbi də azaldır. 
Qeyd etmək lazımdır ki, bu gün dərc edilən birinci hesablanmadır və üçüncü-sonuncu hesablanmanın sentyabrın sonunda yayımlanması gözlənilir. Birinci hesablanmanın tarixi rekord olsa da proqnozlaşdırılandan yaxşı açıqlanması, göstəricilərin yaxşılacağına dair ümidləri artırır.