Avrozonanın əmək bazarında işsizlik artmaqda davam edir.
Avrozonada işsizlik 7.8%-ə yüksəldi
Avropanın statistika mərkəzinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, Avrozonada işsizlik səviyyəsi iyunda 7.8% olub. Bu göstərici may ayında 7.7% açıqlanmışdı və mütəxəssislər dəyişikliyin olacağını proqnozlaşdırmırdılar.
Bununla da işsizlik Avrozonada üçüncü aydır artaraq, son bir il yarımın maksimumuna çatıb.
Qeyd etmək lazımdır ki, göstəricinin proqnozlaşdırılandan da pis açıqlanması, gələcək aylarda da göstəricilərin pisləşməkdə davam edəcəyinə işarədir.