DÜNYA

31 İyul

Almaniyada illik geriləmə 12% ARTIB

Almaniya iqtisadiyyatında böhran proqnozlaşdırılandan daha sürətlə genişlənir.

Almaniyada illik geriləmə 12%-a çatıb
Almaniyanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ikinci rübdə ümumi daxili məhsul illik müqayisədə 11.7% azalıb. Bu, göstərici birinci rübdə mınfi 1.9% yayımlandıqdan sonra geriləmənin 10.9%-ə yüksələcəyi ehtimal edilirdi. 

Qeyd etmək lazımdır ki, ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür və ölkənin inkişaf sürətini göstərir. Burada geriləmə ölkə valyutasına olan tələbi də azaldır. 

Bununla yanaşı, göstəricinin proqnozlaşdırılandan daha pis dərc edilməsi, üçüncü rüb üzrə göstəricilərin daha pis açıqlanacağını gözləntilərini artırır.