DÜNYA

30 İyul

İspaniyada deflyasiya yenidən arta bilər

İspaniyada deflyasiya riski azalsa da yenidən artacağı proqnozları güclənib.

İspaniyanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, iyun ayında istehlak qiymətləri indeksi illik müqayisədə 0.6% azalıb. Mütəxəssislər isə illik deflyasiyanın 0.3% səviyyəsində qalacağını proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, göstəricinin proqnozlaşdırılandan daha pis açıqlanması, ölkədə iqtisadi risklərin yenidən arta biləcəyinə işarədir. May ayında deflyasiya 0.9%-ə çatdıqdan sonra 0.3%-ə düşsə də yenidən artmağa başlayıb və beləliklə, daha da arta bilər.