Anadolu agentliyi xəbər verir ki, Türkiyə parlamenti çərşənbə günü ölkədə sosial şəbəkələrin istifadəsini tənzimləyən qanunu təsdiqləyib
Fins.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası və müxalif Milliyyətçi Hərəkat Partiyası qanunun lehinə səs verib.
Qanunda "sosial şəbəkə" anlayışının və onu idarə edən hüquqi şəxsin rəsmi tərifi var.
İndi Türkiyə hakimiyyəti, provayderinin xaricdə olduğu və gündə 1 milyondan çox insanın istifadə etdiyi sosial şəbəkənin, Türkiyədə ən azı bir nümayəndəsinin olmasını tələb edəcək. Bəzi hallarda bu nümayəndə Türkiyə vətəndaşı olmalıdır.
Həmçinin, sosial şəbəkələr təhqiredici məzmunu aradan qaldırmaq üçün 48 saat ərzində müvafiq şöbələrin əmrinə tabe olmalıdırlar.
Bundan əlavə, sosial media provayderlərindən Türkiyədəki xidmətlərindən istifadəçilər haqqında məlumatların saxlanması tələb olunur.
Qanunun tələbləri yerinə yetirilmədiyi təqdirdə sosial şəbəkələrin sahiblərinə 146 min dollardan 1.4 milyon dollar arasında cərimələr təyin ediləcək.
Agentlik xatırladır ki, Türkiyə hakimiyyəti çoxdan belə bir qanunu qəbul etməyi planlaşdırırdı
Müəllif:Aynur Qəniyeva