DÜNYA

29 İyul

Çinin Milli Təhlükəsizlik Aktından sonra -Avropa Birliyinin Hong Kong-a dəstək paketi

Avropa Birliyi Hong Kong-a dəstək olmaq üçün tədbirlər paketinin qəbul olunduğunu elan edib
Fins.az"Bloomberg"-ə istinadən xəbər verir ki ,Avropa Birliyi (AB)Çinin Milli Təhlükəsizlik Qanunundan sonra Hong Kong-a dəstək olmaq üçün bəzi tədbirlər paketi qəbul etdiyini açıqlayıb.

AB Şurasından edilən yazılı açıqlamada, 13 iyul Xarici İşlər Şurasında müzakirə edildikdən sonra Hong Kongun yekun bəyannaməsinin qəbul edildiyi bildirilib.

Bəyanatda bildirilib ki, AB "Bir Ölkə, İki Sistem" prinsipi ilə Hong Kongun yüksək səviyyəli muxtariyyətini dəstəkləməyə davam edir.

AB-nin Hong Kong xalqı ilə həmrəy olduğunu vurğulayan bəyannamədə "razılaşdırılmış tədbir paketi" nin qəbul edildiyi açıqlandı.

Bəyannamədə tədbir paketi ilə əhatə olunan sahələr aşağıdakı kimi sıralanır:

"İmmiqrasiya, sığınacaq və viza siyasəti, həssas avadanlıq və texnologiya ixracatı, Hong Kong universitetləri ilə akademik mübadilə proqramı və tələbələr üçün təqaüd imkanları, vətəndaş cəmiyyətinə dəstək, Hong Kongla cinayətkarların geri qaytarılması ilə bağlı razılaşmalar və digər sahələrdə razılaşmalar."

AB-nin Milli Təhlükəsizlik Qanununun tətbiqini yaxından izlədiyi və tədbir paketinə yenidən baxılacağı qeyd edilib.

Müəllif:Aynur Qəniyeva