Fransanın keçmiş prezidenti Nikola Sarkozi Rusiya dövlət başçısı Vladimir Putinlə aralarında yaşanan maraqlı əhvalatı ilk dəfə ictimaiyyətlə bölüşüb.
Sarkozi Putinlə ilk dəfə Almaniyanın Hayliqendam şəhərində G8 sammitində görüşdüyünü bildirib.
O, sammitdə Putinlə şokoladı “bölüşdürə” bilmədiyini deyib:
“Təşkilatçılar qonaqları şokolada qonaq etmişdilər. Şokolad həm mənim, həm də rusiyalı liderin çox xoşuna gəlmişdi. Bir anda boşqabda bir tikə şokolad qaldı və ona eyni anda iki əl uzandı. Gözlənilməz situasiya yarandı. Hamı hərəkətlərə diqqət edirdi. Nə mən, nə də Putin heç bir söz demədik. Biz bir-birimizə baxaraq kimin təslim olacağını özümüzə sual etdik. Qəfildən hər ikimiz gülməyə başladıq və qərara gəldik ki, burada uduzan olmayacaq. Sonda biz son şokolad tikəsini orada qoyaraq boşqabı uzaqlaşdırdıq”.