DÜNYA

25 İyul

ABŞ İranla görüş keçirməyə razılıq verdi

ABŞ İranla Əfqanıstandakı sülh prosesi ilə bağlı görüş keçirməyə razılıq verib.

Bunu ABŞ-ın Əfqanıstan üzrə rəsmi nümayəndəsi Zalmay Xəlilzad deyib.

“Sülhün dəstəklənməsi və əldə olunması regionun pozitiv mənada dəstəklənməsi üçün həddən artıq əhəmiyyətlidir. Biz hətta İranla Əfqanıstana həsr edilən görüşün təşkili barədə razılaşmışıq. Biz istəyirik ki, İran dəstəyini ifadə etsin”, – deyə o bildirib.