DÜNYA

25 İyul

Trampdan Ayasofya AÇIQLAMASI: \"Müdaxilələrə başlayacam...\"

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Konstantinopol pravaslav kilsəsinin, ölkənin arxiyepiskopu Elpidoforla görüşərək AyaSofiyanın ibadətgaha çevrilməsi məsələsini müzakirə edib.

AMNA yunan nəşri xəbər verir ki, Tramp məbədlə bağlı hadisəyə görə narahatlığını bildirib.

O, özünü ellinizmin köməkçisi və tərəfdarı elan edərək, tezliklə təxirəsalınmaz müdaxilələrə başlayacağını qeyd edib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində yerləşən AyaSofiya məbədi 86 ildən sonra namaz qılınmaq üçün məscid kimi fəaliyyətə başlayıb.