DÜNYA

23 İyul

Beynəlxalq Valyuta Fondu maliyyə dəstəyinə illik əlçatanlıq məhdudiyyətini müvəqqəti artırıb

Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurası maliyyə dəstəyinə illik əlçatanlıq məhdudiyyətini müvəqqəti artırılmasını təsdiqləyib.

Fins.az IMF-yə istinadla xəbər verir ki, Ümumi Resurslar Hesabı ilə Yoxsulluğun Azaldılması və Artım Fondundakı mənbələrə əlçatanlığın illik məhdudiyyətlərdə müvəqqəti artım olacaq.

Koronavirusun yayılmasının iqtisadi təsiri fonunda çoxlu sayda ölkə IMF-dən maliyyə dəstəyi istəyib. İyulun 13-dək 72 ölkə IMF-nin maliyyə dəstəyindən yararlanıb və qarşıdakı aylarda digər dəstək müraciətlərinin olacağı gözlənilir.

IMF-nin kreditlərinə əlçatanlıq baxımından illik məhdudiyyətin tətbiq olunduğunu xatırladan fond COVID-19 hadisəsinin başlanğıcından bəri Beynəlxalq Valyuta Fondundan maliyyə dəstəyi alan əksər ölkələrin müvafiq məhdudiyyət limitinə çatdığını və ya yaxın olduqları bildirib.

Ümumi Resurslar Hesabındakı illik əlçatanlıq məhdudiyyəti üzrə kvota 145 faizdən 245 faizə, Yoxsulluğun Azaldılması və Artım Fondu ilə bağlı məhdudiyyət həddinin isə 100 faizdən 150 faizə qaldırılıb. (azertac)