DÜNYA

23 İyul

Çin koronavirusa qarşı peyvəndi satmaq üçün potensial alıcılara kredit təklif etdi

Çinin Xarici İşlər naziri Van İ Latın Amerikası və Karib hövzəsi ölkələrinin təmsilçilərinə ölkəsində koronavirusa qarşı hazırlanan peyvəndin alınması üçün bir milyard dollar kredit ayırmağa hazır olduqlarını çatdırıb.

Çində artıq peyvənd sınaqlarının ikinci mərhələsi geridə qalıb.

Peyvəndin təhlükəsizliyi sübut edilib və immun cavab yaranıb. Sınaqlarda ümumilikdə 603 nəfər iştirak edib.