Türkiyə Aktivlər Fondu (TVF) İdarə heyəti Başçısı Sonmez, Türk Telekom səhmləri ilə əlaqədar planlarının olmadığını deyib.
Türkiyə Aktivlər Fondu (TVF) İdarə heyəti Başçısı Zafer Sonmez, Bloomberg -müsahibəsində fondun qlobal aviasiya konsolidasiyasında yer alacağını bildirib.
"1980-ci illərdə başlayan özəlləşdirmə həvəsi və dövləti bu şəkildə iqtisadiyyata sarsıtmaq fikri dünyada özünü tükəndirdi" deyən Sönmez, "özəl sektorun kifayət etmədiyi sahələrə investisiya qoyan, birbaşa investorları cəlb edən və bu şəkildə həm böyüyərək bazar quruluşunu dəyişdirəcək bir rol oynayacağıq" deyib.
Sinqapur və Malayziya kimi Asiya ölkələrinin bu modelinin illərdir uğurla tətbiq edildiyini vurğulayan Sönmez, Türkiyənin də oxşar modeli daha yaxşı tətbiq edə biləcəyini qeyd edib və "Turkcell bunun ən yaxşı nümunəsidir. İllərdir davam edən və özəl sektorun həll edə bilmədiyi tərəfdaşlıq quruluşu problemini həll etdik. Bunu edərkən xarici mənbələrin buraya daxil olmasını da təmin etdik. " deyib fond sədri.
Türk Telekom-da səhmlərlə bağlı planın olmadığı ifadə edən Sönmez, "TVF bir neçə ildə hər il 10 milyard dollarlıq layihəni maliyyələşdirəcək" -deyə bildirib.
Adanada 10 milyard dollarlıq bir neft-kimya zavodu üçün texniki-iqtisadi araşdırmaların davam etdiyini bildirən Sönmez, regional enerji mərkəzi olacaq layihə üçün birbaşa xarici sərmayə qoymağı hədəflədiklərini bildirib. "TVF Afşin-Elbistan Elektrik Stansiyası üçün 6 şirkətlə görüşür" deyə qeyd edib Sonmez.
Müəllif:Aynur Qəniyeva