DÜNYA

22 İyul

Çin Nokia və Ericsson-a qarşı sanksiya tətbiq edə bilər

Avropa İttifaqı ölkələri, Çinin konkret olaraq Huawei-in 5G simsiz şəbəkə infrastrukturu üçün nəzərdə tutulan avadanlıqlarının istifadəsinə mane olmağa başlasalar, Çin Avropa şirkətləri Nokia və Ericssona qarşı sanksiya tətbiq edə bilər. Fins.az xəbər verir ki,bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayımlayıbinin Ticarət Nazirliyi Nokia və Ericsson-a ixrac məhdudiyyətlərinin tətbiq edilməsini nəzərdən keçirir ki, bu da Çində istehsal olunan mallarının xaricə göndərilməsini çətinləşdirəcək.

Nəşrin başqa bir həmsöhbətinin sözlərinə görə, sanksiyalar yalnız Avropa Birliyi ABŞ və Böyük Britaniyanın nümunəsinə tabe olaraq, 5G yaratmaq üçün Çin təchizatçılarından avadanlıq istifadəsini qadağan edərsə tətbiq ediləcək.

Daha əvvəl məlum olmuşdu ki, Böyük Britaniya 5G şəbəkələrində Çin şirkəti olan Huawei-nin avadanlıqlarından imtina etməyi planlaşdırır.

Müəllif:Aynur Qəniyeva