İyulun 21-də ABŞ dövlət katibi Mayk Pompeo ilə britaniyalı həmkarı Dominik Raab arasında aparılan danışıqların diqqət çəkən məqamlarından biri ticarət idi. Pompeo, ABŞ ilə İngiltərə arasında mümkün bir ticarət razılaşmasının "çox yaxında" xoş sona çatacağına işarədir.
İki ölkə arasındakı ən böyük ayrılıq kənd təsərrüfatı və heyvandarlıq sektoruna aiddir. İngiltərə qida məhsullarında AB standartlarının qorunmasının vacibliyini müdafiə edərkən, ABŞ bununla razı deyil. Ət standartları, süd keyfiyyəti, kimyəvi təmizlənmiş toyuqlar, GMO kənd təsərrüfatı məhsulları kimi bir çox ABŞ məhsulları Avropa standartlarına cavab vermir. İngiltərə hökuməti vətəndaşlarının bu məhsulların daxil olmasına icazə verdikləri təqdirdə sağlamlıqlarına təhlükə yaratmaqda ittiham edilə bilər.
"Hökumət İngiltərənin yüksək ekoloji və qida təhlükəsizliyi standartlarına güzəştə getməyəcək" dedi iyulun 1-də mətbuata açıqlama verən Britaniyanın ticarət naziri Elizabet Truss.
Ticarət Ədalət Hərəkatı Birliyi də ABŞ-ın kimyəvi maddələrə bağlılığının AB və İngiltərə qaydalarına tab gətirə bilməyəcəyini düşünür. Xüsusilə kənd təsərrüfatı və heyvandarlıqda tətbiq edilməli olan ekoloji siyasətlərin ABŞ şirkətlərinə uyğun olmadığı bildirilir.
Müəllif:Aynur Qəniyeva