DÜNYA

22 İyul

Google Android üçün olan sistem tələblərini sərtləşdirəcək

 Müasir Android smartfonlar sırasında bir çox müxtəlif modellər mövcuddur. Onların arasında zəif texniki özəlliklərə sahib ultrabüdcəli modellər də var. İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti Android əməliyyat sistemi məsələsində smartfonların texniki özəlliklərinə tələbləri sərtləşdirməyə hazırlaşır. Belə ki, yaxın zamanda aşağı texniki göstəricilərə sahib smartfonlar yalnız Android Go-nu əldə edə biləcəklər. Bu barədə Gizmochina saytı xəbər verib.

Bəzi smartfonlar isə ümumiyyətlə Google servislərini əldə edə bilməyəcəklər. İnsayderlər tərəfindən əldə edilmiş smartfon ayarları təlimatının kopyasında cihazların texniki özəlliklərinə olan yeni tələblər əks olunublar. Beləliklə məlumata əsasən Android 10 və Android 11 əməliyyat sistemlərini əldə etmiş və RAM göstəriciləri 2 GB və ondan aşağı olan smartfonlar bu ilin dördüncü rübündən başlayaraq Android-in Go versiyasını quraşdırmaq məcburiyyətində qalacaqlar.

    Beləliklə həmin əməliyyat sistemlərini 3 GB və daha yuxarı RAM göstəricilərinə sahib smartfonlar əldə edəcəklər. Bununla yanaşı sənəddə Google servislərinin quraşdırılması üçün nəzərdə tutulmuş minimum RAM göstəricisi (512 MB) də əks olunub. Əvvəlcədən satışa çıxmış 2 GB RAM-lı smartfonların məcburi olaraq Android Go-ya keçirilmələri rellaşdırılmayacaq. 

(c)technote