DÜNYA

22 İyul

“Rusiyada 8 il əvvəl yazılmış 1 milyonluq cəriməni ödəməmişəm”

Müğənni Madonna səkkiz il əvvəl Rusiyanın Sankt-Peterburq şəhərindəki konsertdə çıxışına görə yazılan 1 milyon dollarlıq cəriməni ödəmədiyini bildirib.

"Hökumət gey icmasına dəstək verdiyim üçün məni bir milyon dollar cərimələmişdi. Mən yenə də cəriməni ödəmədim",-deyə dünyaca məşhur müğənni öz tvitter hesabında bildirib.

Rusiyada uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğini qadağan edən qanun 2013-cü ildə qəbul edilib. Qanunun pozuntusuna görə şəxslər dörd ilə beş min rubl arasında cərimə olunur.

Sankt-Peterburq məhkəmələrinin vahid mətbuat xidmətinin verdiyi məlumata əsasən, 2012-ci ilin noyabrında bir qrup fəal Madonnaya və konsertlərinin təşkilatçılarına qarşı məhkəmə iddiası qaldırıb, lakin məhkəmə iddianı qəbul etməyib.

"2012-ci ildə, Moskva Rayon Məhkəməsi, Madonnaya qarşı aktivistlərin iddiasını rədd edib. İddiada Maddonanın 333 milyon rubl məbləğində cərimə edilməsi tələb olunurdu",-deyə açıqlamada qeyd olunub. 

(C)Qafqazinfo