Litva siyasətçiləri Aİ-ni müxalifətin və medianın təqibinə görə Belarus hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır
Litva Seyminin bir qrup üzvü və Avropa parlamentariləri çərşənbə günü Avropa Birliyini prezident seçkiləri ərəfəsində müxalifətə və mediaya qarşı repressiyalara cavabdeh olan Belarus hakimiyyət nümayəndələrinə qarşı sanksiya tətbiq etməyə çağırdılar.
Aİ agentliklərinə ünvanlanan məktubda deyilir: "Bütün Avropa Birliyinin dərhal mövqeyini nümayiş etdirmək vacibdir, çünki Aleksandr Lukaşenkonun avtoritar və qəddar rejiminin hərəkətlərinə yol vermək olmaz".
Müraciəti Litva Seym Komitəsinin Avropa və Xarici Əlaqələr Komitələrinin rəhbərləri Gediminas Kirkilas və Juozas Bernatonis, müxalifət lideri, mühafizəkar Gediminas Landbsergis, Liberal lider Viktoriya Chmilyte-Nelsen və Seymin digər bir neçə üzvü, həmçinin Avropa parlamentariləri imzalayıblar
Müəllif:Aynur Qəniyea