DÜNYA

22 İyul

Bu qətli bağışlamayacağıq – Xamenei

Qasım Süleymaninin qətlini amerikalılara bağışlamayacağıq və ona lazımi qaydada cavab verəcəyik.

Fins.az xəbər verir ki, bunu İran Ali dini lideri Əli Xamenei İraq Baş naziri Mustafa Kazımi ilə danışıqlar zamanı deyib. O, İraqın ABŞ-la münasibətlərə yenidən baxması gərəkdiyini bildirib.

Xamenei İraqın ABŞ-ın kim olduğunu anlayacağına ümid etdiyini söyləyib. Bununla belə o, Tehranın Bağdadla Vaşinqton arasındakı münasibətlərə müdaxilə etmək fikrində olmadığını deyib.