Cari ilin ilk 5 ayında ötən ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ixrac həcmində ən aşağı azalmalardan biri Latviyada qeydə alınıb.
Bu barədə Avropa Statistika İdarəsi “Eurostat” məlumat yayıb. Bildirilir ki, keçən ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may aylarında Latviyada ixracın həcmi 5 faiz azalıb. Ən çox azalma isə 4 faiz olmaqla Danimarkada müşahidə edilib.
Beş ayda ixracın həcmi ən çox Lüksemburq (-31 faiz), Fransa (-22 faiz), Slovakiya (-20 faiz), Rumıniya (-19 faiz), Portuqaliya, Finlandiya və İspaniya (-18 faiz), İtaliya (-16 faiz), Çexiya və Kiprdə (hər ikisində -15 faiz) azalıb. Estoniyada ixracın həcmi 10 faiz, Litvada isə 9 faiz geriləyib.