İrlandiyanın Horse (At) adası 6.3 milyon dollara satılıb.
Məlumata görə satışı həyata keçirən mərkəz alqı -satqı əməliyyatını adı gizlin qalan avropalı alıcı ilə “Whatshapp” üzərindən aparıb. Belə ki, alıcıya adanın yalnız bir videosu göndərilib, o, isə adaya baxmadan alıb.
Qeyd edək ki,sözügedən adasında 3 çimərlik və 7 ev var. Bundan əlavə, adada vertolyot və futbol meydançası da yerləşir. Ən böyük ev əsas sayılır və sahəsi 420 kv.m-dir. Digərləri isə qonaq evləri hesab olunur.


(c)lent