Ankaraya qarşı ciddi sanksiyalar tətbiq edərək bütün “körpüləri yandırmaq” Avropa Birliyinin maraqlarına uyğun deyil.
Bu sözləri rusiyalı ekspert Yuri Kvaşnin deyib.
O, son olaylardan dolayı Türkiyənin AB-yə üzvlük məsələsinin qətiyyən gündəmdə olmadığını bildirib:
“Türkiyəyə qarşı yeni sanksiyaların tətbiqi ehtimalı yüksəkdir. Lakin Türkiyəyə qarşı ciddi və iflicedici sanksiyalar olmayacaq. Türkiyə və ABŞ arasında iqtisadi və miqrasiya sahələrində əlaqələr hələ də olduqca yüksəkdir”.