ABŞ-ın Pekindəki səfiri Terri Brensted Vaşinqtonun sanksiyalarına qarşı etirazın çatdırılması üçün Çin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.
“ABŞ təkcə Çinin daxili işlərinə kobud şəkildə müdaxilə etmir, həm də beynəlxalq hüququ pozur. Çinin maraqlarını müdafiə etmək üçün ABŞ-a münasibətdə cavab tədbirləri görəcəyik”, – deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.