DÜNYA

14 İyul

Avropa Birliyindən Türkiyəyə dəstək: Fransa yenə...

Avropa Birliyi (AB) Fransanın Türkiyəyə qarşı sanksiya tələbinə dəstək verməyib.

Fins.az xəbər verir ki, Fransa Türkiyə ilə Aralıq dənizində baş verən hadisələri AB-nin Xarici İşlər nazirlərinin iclasında qaldırıb. İclasda Fransanın Türkiyəyə qarşı sanksiya tələbi dəstəklənməyib.

İclasdan sonra açıqlama verən AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Türkiyə ilə gərginliyin azaldılması yolları üzərində çalışacaqlarını deyib:

“Türkiyə ilə əlaqələri gücləndirib, inkişaf etdirmək lazımdır. Ancaq bunu Avropanın dəyər, prinsip və maraqlara uyğun etməliyik”.