ABŞ federal hökumətinin büdcə kəsiri bütün dövrlərdə ən yüksək səviyyəyə çatıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,iyun ayında büdcə kəsiri 864 milyard dollar olub.
İyun ayı, 2020 maliyyə ilinin 9-cu ayında ölkədə ümumi büdcə kəsiri 2,7 trilyon dollar olaraq hesablanıb.
ABŞ Maliyyə Nazirliyi, iyun ayı üçün büdcə balans hesabatını açıqlayıb.
Buna görə, 2020-ci ilin iyununda federal hökumətin büdcə kəsiri 864 milyard dollara yüksəlib, proses 1 oktyabr 2019-cu il tarixindən başlayaraq 30 Sentyabr 2020-ci ilədək davam edib. Federal hökumətin keçən ilin eyni ayında büdcə kəsiri 8.4 milyard dollar təşkil etmişdi.
Bu dövrdə büdcə balansı ilə əlaqədar bazar gözləməsi, büdcəyə 863 milyard dollar kəsiri verməli idi. May ayında büdcə kəsiri 398,7 milyard dollar olaraq hesablanıb.
Vergi daxilolmalarının güclü artması və vergi daxilolmalarının azalması yeni növ koronavirusun (Covid-19) təsirinə qarşı iyun ayında büdcə kəsirinin rekord səviyyədə artmasına səbəb olub
Bu dövrdə dövlət xərcləri bir əvvəlki ilin eyni ayına görə 223 faiz artaraq 1,1 trilyon dollara çatıb, gəlirlər isə 28 faiz azalaraq 240.8 milyard dollara çatıb.
İyun ayına olan məlumata görə, ölkədə 2020-ci maliyyə ilinin 9-cu ayında ümumi büdcə kəsiri 2,7 trilyon dollara çatıb. Kəsir əvvəlki ilin eyni dövründə 747,1 milyard dollar səviyyəsində reallaşıb.
Maliyyə ilinin ilk 9 ayında xərcləmə, keçən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artaraq 5 trilyon dollara, gəlirlər isə 13 faiz azalaraq 2,2 trilyon dollara düşüb.
ABŞ hökumətinin Covid-19 pandemiyasına qarşı apardığı mübarizə kontekstində indiyə qədər həyata keçirdiyi təşviq paketlərinin ümumi həcmi təqribən 3 trilyon dollar təşkil edib.
Müəllif:Aynur Qəniyeva