DÜNYA

13 İyul

Avropa Birliyindən Türkiyə açıqlaması: Çətin proses...

Avropa Birliyi (AB) ilə Türkiyə arasındakı münasibətlər çətin prosesdən keçir.

Bunu AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Xarici Əlaqələr Şurasının iclasından öncə deyib.

“Türkiyə ilə əlaqələr vacib gündəm mövzulardan biridir. Hazırda AB-Türkiyə münasibətləri çətin prosesdən keçir. Düşünürəm ki, bu vacib məsələni müzakirə etmək üçün maraqlı fikir mübadiləsi aparacağıq”, - AB nümayəndəsi bildirib.