DÜNYA

13 İyul

Fransanın rəqəmsal xidmət vergisinə ABŞ-dan 25%-lik gömrük vergisi ilə cavab

ABŞ, təxminən 1,3 milyard dollar dəyərində Fransa məhsullarına 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ Ticarət Ofisi, Fransanın bəzi Amerika texnologiya şirkətlərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisinə cavab olaraq təxminən 1,3 milyard dollar dəyərində Fransa məhsullarına 25 faiz gömrük vergisi tətbiq edəcəyini açıqlayıb.

İdarənin mövzu ilə bağlı yaydığı açıqlamada, Fransanın tətbiq etdiyi rəqəmsal xidmət vergisinin "ayrıseçkilik" tətbiq olunduğu və ABŞ ticarətini məhdudlaşdırdığı ifadə edilib.
Digər tərəfdən, təxminən 1,3 milyard dollar dəyərində Fransa məhsuluna 25 faiz gömrük vergi tətbiq edilməsinə qərar verildiyi bildirilən açıqlamada, qeyd olunan gömrük tarifinin 6 yanvar 2021-ci ildə qüvvəyə minəcəyi bildirilib.

Açıqlamada kosmetika və çanta kimi məhsulların da bu tarifə uyğun olacağını qeyd edilib

Fransadakı vergidən təsirlənən şirkətlər arasında Google, Facebook, Apple və Amazon kimi texnologiya şirkətləri var.

ABŞ Fransanın tətbiq edəcəyi verginin beynəlxalq vergi siyasətinə uyğun olmadığına və ABŞ şirkətlərinə haqsız vergilər tətbiqinə görə istintaqa başlayıb.

Müəllif:Aynur Qəniyeva