Almaniyanın xarici ticarət dövriyyəsində müsbət saldo artsa da ixrac - idxal həcmləri proqnozlaşdırılandan az olub.
Almaniyanın xarici ticarətindən zəif göstəricilər
Almaniyanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, may ayında ixrac 9, idxal isə 3.5% artıb, müsbət saldo isə 7.6 milyard avro olub. Mütəxəssislər ixracın 13.8, idxalın 12% artacağını proqnozlaşdırırdılar. Aprel ayında müsbət saldo 3.4 milyard avro olmuşdur.
Qeyd etmək lazımdır ki, göstəricilərin proqnozlaşdırılandan zəif açıqlanması, gələcək aylarda mənfi proqnozlar üçün əsas yaradır